Dənizdə itən şəxsin axtarışları davam edir

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən SA-1672 bort nömrəli bayda tipli üzmə vasitəsinin heyət üzvü 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir. SİA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən verilən məlumata görə, üzmə vasitəsinin xilas edilmiş digər 3 üzvü müvafiq tibbi yardım göstərildikdən sonra evlərinə buraxılmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...