Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimi keçirilib - FOTOLAR

Mayın 10-da Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Qeyd edək ki, mərasimdə 100-ə yaxın ağac əkilib.

Ağacəkmə mərasimi çərçivəsində, həmçinin Elm və Təhsil Nazirliyinin 7 nəfər əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.

Bütün xəbərlər Facebook səhifəmizdə