DSMF-nin gəlirləri və xərcləri artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 4 ayında proqnozla müqayisədə 2,2 faiz və ya 47 mln. manat çox olmaqla 2 mlrd. 169 mln. manat təşkil edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 10 faiz və ya 157 mln. manat artaraq 1 mlrd. 811 mln. manat olub.

Yanvar-aprel aylarında DSMF-nin xərcləri 2 mlrd. 271 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 267 mln. manat çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə