Dünyaya özünü məzlum kimi tanıdan ermənilərin vəhşi xisləti - FOTOLAR
Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər... Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olar. SİA-nın məlumatına görə, ermənilərin işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklər əyani şəkildə əksini tapır.
Bu fotolar Azərbaycanın işğal olunmuş müxtəlif ərazilərində - Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və digər yerlərdə çəkilib. Fotolarda Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının, o cümlədən Yerevan şəhəri yaxınlığındakı Ağdədə qəbiristanlığının indiki vəziyyəti, Ağdamdakı Çay evinin, Daş abidənin əvvəlki və hazırki mənzərəsi təsvir olunur.
Baxın, budur özünü dünyaya məzlum kimi tanıdan ermənilərin vəhşi xisləti.
Bütün xəbərlər Facebook səhifəmizdə