Xocalı dəhşətləri Pakistan mətbuatında FOTO

Pakistanın “National Herald Tribune” və “Morning Mail” qəzetlərində və elektron portalında müvafiq olaraq dərc olunmuş “Xocalıdakı dəhşətli faciə bir daha baş verməməlidir”, “Xocalı Soyqırımının qurbanlarını xatırlayarkən” sərlövhəli məqalələrdə Ermənistan-Azərbaycan münaqişəsinin başlanğıc mərhələsi ilə bağlı məlumat verilir. Daha sonra isə Xocalı şəhəri barədə qısa məlumat verilərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi qüvvələri tərəfindən 613 Azərbaycan vətəndaşının, o cümlədən 106 qadın, 70 yaşlı və 63 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi Xocalı Soyqırımının Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu ətraflı izah edilir. Şəhərin tamamilə dağıdıldığı, oradakı mədəni izlərin, o cümlədən İslam dininə aid abidələrin məhv edildiyi və təhqirə məruz qaldığı diqqətə çatdırılır.

SİA-nın məlumatına görə, məqalələrdə BMT sənədlərinə əsaslanaraq Xocalı qətliamının soyqırımı olduğunu vurğulayır. Qurbanların məhz azərbaycanlı olduqlarına görə və heç bir fərq qoyulmadan qətlə yetirildiyi Xocalıdakı vəhşətin beynəlxalq normalar baxımından aşkar soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya Ədalət” kampaniyası ilə bağlı məlumat verilərək, kampaniyanın əsas məqsədinin Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olduğu qeyd olunur. Bu günə qədər 15 ölkə parlamentinin, o cümlədən Pakistan Senatı və Milli Assambleyasının müvafiq komitələrinin, 20-dən çox ABŞ ştatının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalı hadisələrini soyqırımı kimi tanıyan qətnamələr qəbul etdiyi vurğulanır.

http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=6&dt=files

Bütün xəbərlər Facebook səhifəmizdə