Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 5-7° isti olacaq. Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 6-8° enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq. Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...