Nazir vətəndaşların şikayətlərini qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 28-də saat 10:00-da Daşkəsən şəhəri Dövlət Arxiv İdarəsində (ünvan: Heydər Əliyev meydanı 2) Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-yabildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi 58, əlaqə telefonları: 022-253-04-48, 050-366-05-04, 050-391-97-50) xahiş olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə