Sevgi münasibətlərini "məzara gömən" 5 əlamət...

"The İndependent" yazır ki, insanın sevdiyi adamla münasibətlərinin gələcəyindən narahat olarkən diqqət yetirəcəyi 5 əsas amil var. Ailə həyatı qurmağa hazırlaşdığınız insandan 100 faiz əmin olmaq mümkün deyil, amma sözü gedən 5 faktor müəyyən mənada faydalı ola bilər. Miami Universitetinin professoru Berit Brogaard deyir ki, burada söhbət əslində 5 faktordan yox, 5 təhlükə siqnalından gedir.

Bu siqnallara əsasən sevgilinizin gələcək həyat yoldaşınız olmağa layiqli olub-olmadığını müəyyən edə bilərsiniz. Bu siqnallar evliliyin elə ilk ayları və illəri üçün də keçərlidir.

1. Siz müxtəlif təməl dəyərlərə maliksiniz

Təməl dəyərlər adətən insanın dərindən inandığı və müzakirəyə çıxarmağı belə lazım bilmədiyi dəyərlərdir. Burada söhbət evlənərək Parisə köçmək və ya övlad sahibi olmaqdan da gedə bilər.

Siz gələcək niyyətlərinizdən hansını sevgilinizin xətrinə dəyişmək fikrində olmadığınızdan əmin olmalısınız. Əgər sevgiliniz sizin əsas niyyətlərinizi bölüşmürsə, onun bu niyyətləri gələcəkdə bölüşəcəyinə ümid etmək təhlükəlidir. Professor Brogaard istisna etmir ki, sizin əsas dəyərləriniz dəyişə bilər. Amma diqqət yetirməlisiniz ki, bu dəyişiklik təzyiq altında və ya romatikanın sərxoşluğundan irəli gəlməsin. Hər hansı dəyərin dəyişdirilməsi sizin özünüzün gəldiyiniz nəticə olmalıdır.

2. Sevgiliniz sizə adi bir şey kimi baxırsa

Əgər münasibətlərinizdə bütün təşəbbüslər sevgilinizidən və ya partnyorunuzdan gəlirsə, deməli bu münasibətlərdə balans yoxdur. 2013-cü ildə aparılmış bir araşdırma göstərib ki, istər birgə yaşayış olsun, istərəsə də evlilik, cütə daxil iki insanın bir-birinə münasibətinin adiləşməsi hardasa 3 il 6 ay ərzində baş verir.

Əgər bu gün şama nə yeyəcəyinizi, şənbə günü hara gedəcəyinizi heç sizdən soruşmadan sevgiliniz və ya yoldaşınız müəyyən edirsə, belə münasibətlərdən narahat olmaq lazımdır, Brogaard deyir. Bu o deməkdir ki, partnyorunuz sizin itaətli davranışınızı normal bir şey kimi qəbul edir. Bu, çox ciddi təhlükə siqnalıdır.

3. Sizə hörmətsizlik göstərir

Münasibətlər bərabərlər arasında qarşılıqlı hörmət deməkdir. Lakin hörmətsizlik özünü müxtəlif şəkildə büruzə verə bilər. Bura sözlə təhqir də daxildir, aqressivlik də...

Brogaard deyir ki, bəzən bunlar heç nəzərə çarpmadan da baş verə bilər. Amma əgər sevgiliniz və ya yoldaşınız sizi lap "zarafatla" belə təhqiramiz adlarla çağırırsa, xətrinizə dəyirsə və üzr istəməyi lazım bilmirsə, bunu görməmək mümkün deyildir. Belə davranış adətən partnyorun üzərində nəzarəti saxlamaq arzusundan irəli gəlir. Psixoloq Peter Gray deyir ki, münasibətlərdə sevgi kifayət deyil, iki partnyor arasında hörmət də olmalıdır.

4. Partnyorunuz sizin emosional və seksual ehtiyaclarlınıza biganədir

Əgər sevgiliniz və ya yoldaşınız yalnız öz ehrtiyaclarının yerinə yetirilməsi qayğısına qalırsa, deməli sizin ehtiyaclarınız onu düşündürmür. Burada riyaziyyata ehtiyac var. Hesablamağa çalışın neçə dəfə o sizin ehtiyaclarınıza diqqətli olub, neçə dəfə siz onun ehtiyaclarına...

5. Sevgiliniz yalnız qayğı gözləyir, qayğı göstərməyi düşünmür

Bunu da əvvəl-əvvəl hiss etmək asan deyil. Amma diqqət yetirsəniz, belə biganəlik sağalmaz yara vura bilər. Ola bilər ki, siz daim yoldaşınızdan narahat olub qayğısını çəkəcəsiniz, o isə bircə dəfə də belə münasibət göstərməsin. Əgər münasibətləriniz bu səviyyəyə enibsə, artıq iki sevgilinin yox, valideyn-uşaq münasibətləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə