“Dubay EXPO 2020”nin təşkilat komitəsi beynəlxalq sərgidə 192 ölkənin iştirakını təsdiqlədiyini bəyan edib. SİA xəbər verir ki, “Dubay EXPO 2020”nin yaydığı rəsmi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu sərgiyə bütün ölkələri dəvət etdiyi bildirilir. Vurğulanır ki, BƏƏ bu sərgini əsl beynəlxalq hadisəyə və platformaya çevirmək niyyətindədir.
Qeyd olunur ki, 170 il ərzində dünyada EXPO sərgiləri siyasətdən kənar olmaqla, innovasiyaların, mədəni mübadilənin, yaradıcılıq və əməkdaşlığın təşviqinə yönəlib.
Xatırladaq ki, Azərbaycan “EXPO 2020”də iştirakını təsdiqləyən ilk ölkələrdən biri olub.
“Zehinləri birləşdirək, gələcəyi quraq” mövzusunda bu il oktyabrın 20-dən 2021-ci il aprelin 21-dək keçiriləcək “Dubay EXPO”nu 25 milyon nəfərin ziyarət edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə