Ukraynanın “TAS Energiya stranı” şirkəti Avropaya qaz ixrac etməyə başlayıb. Bu barədə EXPRO nəşrinə şirkətin rəhbəri Maksim Dmitruk deyib. O bildirib ki, yanvarın 30-da Slovakiya istiqamətində ilk sınaq tədarükü gerçəkləşib. “Avropalı tərəfdaşlarımızla birgə qonşu ölkələrin gömrük rejimlərini və operator şirkətlərinin işini yoxlayırıq”, - deyə o vurğulayıb.
Ukrayna şirkəti daha bir neçə belə sınaq gerçəkləşdirmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə