Ukrayna Avropaya qaz satmağa başladı

31 Yanvar 2019 02:05 (UTC+04:00)

Ukraynanın “TAS Energiya stranı” şirkəti Avropaya qaz ixrac etməyə başlayıb. Bu barədə EXPRO nəşrinə şirkətin rəhbəri Maksim Dmitruk deyib. O bildirib ki, yanvarın 30-da Slovakiya istiqamətində ilk sınaq tədarükü gerçəkləşib. “Avropalı tərəfdaşlarımızla birgə qonşu ölkələrin gömrük rejimlərini və operator şirkətlərinin işini yoxlayırıq”, - deyə o vurğulayıb.

Ukrayna şirkəti daha bir neçə belə sınaq gerçəkləşdirmək niyyətindədir.