Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə iyunun 1-dən 6-dək Bakıda “Caspian etude” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.
Müsabiqədə musiqi və incəsənət məktəbləri, ixtisaslaşmış musiqi təhsili müəssisələri və musiqi kolleclərinin tələbələri dəvət olunurlar. Müsabiqə 16 yaşına qədər iştirakçılar arasında dörd yaş kateqoriyasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə