“YARAT”-da Əməkdar Rəssam ilə görüş keçiriləcək

Sentyabrın 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində "Rəssamla tanışlıq" layihəsi çərçivəsində Əməkdar Rəssam Əliyar Əlimirzəyevlə görüş keçiriləcək. Görüşdə rəssam həyat və fəaliyyətindən, məşğul olduğu sənətin sirrindən söz açacaq və gənc fırça ustalarına tövsiyələrini verəcək, ona ünvanlanacaq sualları cavablandıracaq.

Qeyd edək ki, 2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin fırça ustalarının iştirak etdiyi beynəlxalq sərgidə Ə.Əlimirzəyevin "Fenikslər" əsəri Qran-Priyə layiq görülüb, həmçinin həmin ildə Serbiyanın Qorni Milanovats şəhərində keçirilən Beynəlxalq Miniatür sərgisinin 1-ci mükafatını qazanıb.

Əliyar Əlimirzəyevin əsərləri Azərbaycan və xarici ölkələrin bir çox muzey və qalereyalarında, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.(AZƏRTAC)

loading...