Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. SİA xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Münhendəki ilk görüşdə məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Qeyd edək ki, bu cütün qalibi finalda Almaniyanın “Borussiya Dortmund” klubuna rəqib olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə