Konfrans Liqasında ilk finalçı bu gün müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək. SİA-nın məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb - 3:2.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.

Bütün xəbərlər Facebook səhifəmizdə