Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyalarını ödəyib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya məlumat veriblər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə