Krım körpüsünün artıq “kitabı bağlanıb”..?

...Hazırda ruslar, Ukrayna tərəfinin dediyinə görə, qeyri-qanuni tikilmiş Kerç körpüsündən logistika üçün tam həcmdə istifadə etmirlər.

Niyə?

SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda körpü Ukraynanın əvvəlki hücumlarından sonra ağır yüklərə tab gətirə bilməyə bilər.

Deyim ki, bu barədə Cənub Müdafiə Qüvvələrinin Strateji Kommunikasiyalar Mərkəzinin rəhbəri Dmitri Pletençuk “Espreso” telekanalının efirində deyib.

Onun sözlərinə görə, ruslar hazırda bundan çox narahatdırlar.

Mərkəz rəhbərinin dediyinə görə, rusların ictimai səhifələri də bu məlumatı təsdiqləməkdədir.

...Artıq Ukrayna Təhlükəsizlik Xidmətindən rəsmi açıqlama verilib ki, Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələrinin Krım körpüsünə zərbələr vurması ilə nəticələnən uğurlu əməliyyatdan sonra dəmir yolunun tam şəkildə sonrakı istismarı faktiki olaraq mümkün deyil.

Bunu deyən Pletençukun sözlərinə görə, ruslar həqiqətən də son zamanlar Krım körpüsündən istifadəni azaltsalar da, lakin bu, ona şəxsi heyəti yük maşınları və ya bəzi silah növləri ilə bu körpüdən keçirməyə mane olmur.

...Məsələn, qoşqulu artilleriya keçə bilər və ya “İsgəndər” tipli operativ-taktiki raket sistemi də körpüdən keçə bilər. Lakin zirehli texnikası olan qatarların körpüdən keçidi çox uzun müddətdir ki, müşahidə edilmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə