Heydər Əliyev və Azərbaycanda muzey işinin təşkili, diqqət və qayğı

Kainatın əşrəfi olan insan hər zaman yaşadığı tarixi, görkəmli şəxsiyyətlərinin fəaliyyətini, keşməkeşli həyat hekayələrini, ümumən xalqımızın keçdiyi əzab-əziyyətli yolları, azadlıq mücadiləsini yaddaşında saxlaya bilməsi, xatırlaması üçün mühafizə işində əlindən gələni əsirgəmir. Yaşadığı keçmişi layiqincə qiymətləndirmək, maddi və mənəvi dəyərlərin qorunması, toplanılması, əbədi yaddaşında saxlaması, tarixini, uzaq keçmişini əbədiləşdirmək, gələcək nəsillərə ötürmək, yaşadığımız qaranlıq məqamlara aydınlıq gətirilməsi üçün əzm və fədakarlıq göstərmişdir. Təkcə xalqımızın əsrlər boyunca yaşadığı keçmişi, həyat tərzi deyil, o cümlədən Azərbaycanın sahib olduğu mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik tərbiyəsi ruhunda tərbiyəsində müxtəlif istiqamətlərdə fəaliyyətimiz danılmazdır. Sahib olduğumuz milli mənəvi dəyərlərin, maddi sərvətləriin mühafizəsi, əbədi yaddaşımızda əbədiləşdirmək, tarixin qaranlıq səhifələrinə işıq tutmaq, tarixi yadigarlara bələdçilik etmək, mühafizə, təbliği işində qiymətli xəzinə olan muzeylərin fəaliyyəti əvəzsizdir.

Azərbaycanın mənsub olduğu elə hər nə varsa otundan, gülündən-çiçəyindən, qaya parçasından, sadə daşından və ən sadə vətəndaşından, onun həyat tərzindən, fəaliyyətindən, vətənə bağlılığından, amalından, bir sözlə bir insanın, ümumi xalqın ulu keçmişindən bəhs edən və bunları mühafizəsini üzərinə götürən qiymətli sənəd məbədləri –muzeylərin bu gün üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanda muzey sektoru bu işi uğurla yerinə yetirir. Azərbaycanda muzey işi dedikdə ilk növbədə Ulu öndər Heydər Əliyev göz önünə gəlir. Müdrik rəhbər Heydər Əliyevin birinci hakimiyyəti zamanı, xüsusilə də 1970-ci illərdən etibarən Azərbaycanda müxtəlif profilli muzeylərin yaradılması, o cümlədən fəaliyyət göstərən muzeylərin zənginləşdirilməsi istiqamətində mühüm əməyi vardır. Bunun əyani sübutu olaraq 1980-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda muzey işinin təşkili sahəsində səmərəli fəaliyyətini qeyd etmək yerinə düşər.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinə dərin məhəbbəti, sevgi və marağı onun ilk əmək fəaliyyətinə muzey bələdçisi kimi başlamasının əyani sübutdur. Ulu öndərin 1940-cı il Azərbaycan Tarixi Muzeyində ilk əmək fəaliyyəti illər sonra vətənə sədaqət, məhəbbətinin təzahürü olaraq muzeylərin yaradılması işində əməyini yüksək səviyyədə göstərdi. Ulu öndər Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycanda 1970-ci ildən etibarən müxtəlif profilli muzeylərin yaradılması prosesi dövlət səviyyəsində prioritet məsələ olaraq diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə genişmiqyaslı mühüm əhəmiyyət kəsb edən muzey işi sahəsində səmərəli fəaliyyət bariz şəkildə göründü. Heydər Əliyevin təşəbbüsü ilə muzey işi sahəsində xüsusi qərar qəbul edildi. Beləliklə Azərbaycanda regionlarda müxtəlif profilli muzeylər yaradıldı və həmin qərara əsasən muzeyi işi sahəsində islahatlar həyata keçirildi. Mədəniyyət Nazirliyinin mərkəzi aparatında muzeylər idarəsi, elmi -metodiki mərkəz açılmış, muzey ekspozisiyalarında bədii tərtibat emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bərpa mərkəzi təşkil edilmiş, respublikamızın şəhər və rayonlarında tarix-diyarşünaslıq yaradılmışdır.

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi də məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində yaradılmış mədəni sərvətlərin mühafizəsi müəssisəsidir. Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkil olunmuş ekspozisiyası Azərbaycanın, eləcə də Qəbələ haqqında müfəssəl tarixi materialları özündə əks etdirir. Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin bu qərar və təşəbbüsündən bütün Azərbaycanın bütün bölgələri yararlanmışdır. Heydər Əliyev Azərbaycan tarixini, mədəniyyətini əks etdirən hər nə varsa onu göz bəbəyi kimi qorumağa, ciddi şəkildə mühafizəsi üzrə dövlət qayğısının artırılmasını təmin edilməsi məqsədilə bir sıra tədbirlər keçirmişdir. Azərbaycanın qədim tarixinin izini özündə əks etdirən hər qaya parçasına, daşına vətən tarixinin keçmişi yadigarları olaraq bir hissəsi kimi əvəzsiz hesab etməsi bu torpağa, xalqımıza qarşı olan böyük sevgi-məhəbbətinin, hörmət və diqqətinin barız nümunəsidir. 1970-ci illərin əvvəllərində Qəbələ RLS-nin inşa ilə əlaqədar olaraq böyük layihələr həyata keçirilir. Bununla əlaqədar olaraq hərbi şəhərciyin enerji təchizatı məsələləri problemi ortaya çıxır. Hərbi şəhərciyə elektrik xətlərinin çəkilişi Qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin qala ərazisindən keçməli, elektrik dirəkləri bu ərazidə basdırılmalı idi. Ümummilli lider Heydər Əliyev anındaca həmin məsələyə aydınlıq gətirmək, qədim tarixi keçmişimizi mühafizə məqsədilə elektrik dirəklərinin həmin ərazidən kənarlaşdırılması haqqında göstəriş verərək ulu keçmişimizə ehtiram əlaməti olaraq ciddi şəkildə etirazını bildirib. Bununla da tarixi, mədəni abidələrimizi məhv olmaq təhlükəsindən xilas edib. Ulu öndərin zamanında bu məsələ ilə bağlı etirazı, tarixi yadigarlara qarşı həssas davranışının nəticəsidir ki, bu gün Qəbələ Dövlət Bədii Qoruğuna daxil olan 2500 illik tarixi əks etdirən Qafqaz Albaniyasının paytaxtı antik Qəbələnin izlərini özündə əks etdirən hər bir kərpici, daşı, torpağın dərin qatlarından əldə olunan qədim nümunələri canlı şəkildə tamaşa etməyi, keçmişimizi öyrənməyi əldə etdik. Bütün həyatını xalqına, vətəninə həsr edən müdrik insan, dahi rəhbər Heydər Əliyev sözünü əməli ilə təsdiq etdi və "Mənim həyatımın məqsədi Azərbaycan, Azərbaycan xalqıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam" ifadəsini tam şəkildə həyata keçirdi. Bununla da müdrik rəhbər xalqa böyük bir miras, dəyərli xəzinə bəxş etdi. Ulu öndərin bu istiqamətdə əməli fəaliyyəti müstəqil Azərbaycanın bu gününə böyük tövhə verdi. Heydər Əliyevin vaxtilə Azərbaycan üçün, xalq üçün əzm və fədakarlıq göstərərək bu gün mədəni sərvətlərin mühafizəsi istiqamətində muzeylərin diqqət və qayğıya ehtiyacı olduğunu, dünənimiz və bu günümüzlə bağlı dəyərləri gələcək nəsillər üçün mühafizə edən muzeylərin gördüyü işləri göz önünə qoydu. Bu gün mədəni sərvətlərin mühafizəsi işində ən güvənli müəssisə olan muzeylərin daha da irəliləməsi üçün Heydər Əliyevin yolu ən doğru yoldur.

Bəxtiyar Vəliyev
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə