Moskvada Mina Xaçatryanın başına ütü ilə vurub, boğurmuşlar…

…Moskvada Ermənistandan olan bloger və ictimai xadim Mina Xaçatryana hücum edilib.

SİA “Sputnik Ermənistan” Teleqram kanalına istinadən xəbər verir ki, naməlum şəxs gecə saatlarında qadının mənzilinə daxil olub.

Noutbuk oğurlamağa cəhd edən təcavüzkar(?) Xaçatryanı boğmağa başlayıb və ütü ilə onun başına-başına vurub.

Deyilənlərə görə, bloqqer mənzildən qaçaraq kömək üçün hüquq-mühafizə orqanlarına və həkimlərə müraciət edən qızı sayəsində qurtula bilib.

Həkimlərə zərərçəkənə açıq kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyublar.

Xaçatryan bildirib ki, ona hücum edən şəxs “şüşə görünüşlü” olub və özünü nalayiq aparıb.

Qadın 40 dəqiqəyə yaxın döyüldüyünü iddia edir.

Rusiyanın “Moskovskiy komsomolets” nəşrinin iddiasına görə, guya Mina Xaçatryan Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid etməsi ilə tanınır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə