Cəlilabadda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə