Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Ukrayna hərbçiləri Rusiyanın daha bir “Kovrovets” mina gəmisini məhv ediblər. Bu barədə SİA Ukrayna Silahlı Qüvvələrinin (USQ) Hərbi Dəniz Qüvvələrinə istinadla xəbər verir.

“Bu gecə Ukrayna müdafiə qüvvələri Rusiya Qara Dəniz Donanmasının 266 M layihəli “Kovrovets” gəmisini məhv edib”, - məlumatda bildirilir.

266 M layihəli “Kovrovets” - mina gəmisidir. Onun əsas vəzifəsi gəmilərə nəzarət etmək, kəşfiyyat və yoxlama aparmaq, mina sahələrində dəhlizlər çəkmək və minalanmada iştirak etməkdir. Bu gəmi 1974-cü ildə SSRİ donanmasına daxil edilib və əvvəlcə “Kursk Komsomolets” adlandırılıb. 1992-ci ildə ona "Navodçik” adı verilib və artıq 1999-cu ildə indiki adını alıb. “Kovrovets” Atlantik okeanında, Fars körfəzində əməliyyatlarda iştirak edib, Suriya sahillərində patrul olub. 2016-2017-ci illərdə sözügedən mina gəmisi Rusiya Federasiyasının Aralıq dənizi donanmasına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə