"Kızılcık şerbeti"nin aktrisasının başına iş gəldi

"Kızılcık şerbeti" serialı ilə ulduzu parlayan türkiyəli aktrisa Sıla Türkoğlunun başına iş gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi içkili halda avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb. Yoxlanışdan keçən Sılanın sürücülük vəsiqəsi 6 aylıq əlindən alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə