Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud Ciddədəki xəstəxanaya aparılıb.

SİA xəbər verir ki, bu barədə ölkənin mətbuat agentliyi monarxın ofisinə istinadən məlumat yayıb.

89 yaşlı kralın qızdırması və oynaq ağrıları olduğu bildirilir. O, tibbi müayinədən keçmək üçün klinikaya aparılıb.

Salman bin Əbdüləziz Əl Səud 1935-ci ildə anadan olub.

Qeyd edək ki, o, dünyanın ən yaşlı monarxıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə