Almaniya və Fransa Gürcüstandakı vəziyyətdən “narahatdırlar”..?

...Almaniya və Fransa Gürcüstandakı vəziyyətdən dərin narahatdırlar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu ölkələrin xarici agentlər haqqında qanunla bağlı qəbul etdikləri birgə bəyanatda deyilir.

Qeyd olunur ki, Gürcüstan hazırda Avropa dəyərlərinə zidd hərəkət edir.

Fransa və Almaniyanın birgə bəyanatında həmçinin deyilir ki, Gürcüstan ortaq Avropa dəyərlərimizə və gürcü xalqının istəklərinə qarşı hərəkət edir.

Gürcüstan prezidenti Salome Zurabişvili dünən xarici təsirin şəffaflığı haqqında qanuna veto qoyub.

...Bu qanun heç bir dəyişiklik və ya təkmilləşdirməyə məruz qalmır və ona görə də ona çox sadə veto qoyulur. Bu qanun ləğv edilməlidir.

Salome Zurabişvili bildirib bunu.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel və Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adrienne Uotson veto xəbərinə müsbət cavab veriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə