Xarkovda istirahət mərkəzi “İskander”lə vuruldu - ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Çerkaska Lozova kəndini atəşə tutması nəticəsində beş nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Xarkov vilayətinin polisi məlumat yayıb.

Ölənlərdən biri yeddiaylıq hamilə qadındır. Olayda biri 8 yaşlı uşaq olmaqla 16 nəfərin yaralandığı diqqətə çatdırılıb. Yaralılardan səkkizi ağır vəziyyətdədir.

Qeyd olunub ki, hadisə Çerkaska Lozova kəndindəki istirahət mərkəzində olub. Məlumata görə, Rusiya Silahlı Qüvvələri ərazini “İskander” raketi ilə atəşə tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə