Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə gəlib. SİA-nın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaq.
Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB