Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib - FOTOLAR

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktik söhbətlər aparılıb və zəruri məlumatlar verilib.

Vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdırlar.

Sakinlərlə profilaktik söhbətlər zamanı internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə onlar məlumatlandırılıblar.

Şirvanda əhali arasında maarifləndirmə istiqamətində tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə