Çin həm narazı, həm də narahatdır..?

“The Wall Street Journal” Çin liderinin Putinin KXDR-ə səfərinə reaksiyasını öyrənib..?

Rusiya lideri Vladimir Putinin Şimali Koreyaya planlaşdırılan səfəri Çin hakimiyyətinin narazılığına səbəb olur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

KİV iddia edir ki, Çin prezidenti Si Cinpin Putinin Şimali Koreya lideri Kim Çen Inla tez-tez təmasda olmasından narahatlıq ifadə edib.

Pekin üçtərəfli əməkdaşlıqdan daha çox ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışır.

Qəzet qeyd edir ki, Putinin Şimali Koreyaya səfəri Qərbin üç ölkənin - Rusiya Federasiyası, Çin və Koreya Xalq Respublikasının koalisiyası ilə bağlı qorxularını artıra bilər, nəticədə Pekin daha da böyük diplomatik təcrid vəziyyətində qalacaq.

Xatırladaq ki, mayın 16-dan 17-dək Putin Çində olub.

Mayın 18-də isə onun mətbuat katibi Dmitri Peskov, Putinin indi də KXDR-ə səfərinə hazırlaşdığını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə