Baş Qərargah helikopterin axtarışına bütün səylərini sərf edib

...İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ölkə ordusunun bütün qüvvələrinin prezident İbrahim Rəisi ilə birlikdə helikopter axtarışına göndərilməsi barədə göstəriş verib.

SİA xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları da əməliyyat-axtarış tədbirlərinə cəlb olunub.

Baqiri əmr edib ki, prezidentin vertolyotu və yoldaşlarının qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatları aparmaq üçün İslam Respublikası ordusu, SEPAH və polisin bütün imkan eləcə də vasitələrindən istifadə edilməlidir.

Bundan əvvəl adının açıqlanmasını istəməyən İran rəsmisi Reuters agentliyinə bildirib ki, respublika prezidenti, xarici işlər naziri İbrahim Rəisi və Hüseyn Əmir Abdullahianın həyatı “təhlükə altındadır”.

Onun sözlərinə görə, vertolyotun sərt eniş yerindən gələn xəbərlər “çox ciddi narahatlıqlar” yaradır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə