Ağsu dolaylarında asfalt çöküb, yolun hər iki istiqamətində yol bağlanıb. SİA-nın Yuxarı Şirvan bürosu xəbər verir ki, son günlər yağan güclü leysan yağışlarıdan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.
Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib.
Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.
Hazırda ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB