İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı

İstanbul dəniz boğazlarında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. SİA xəbər verir ki, bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, səhər saatlarından ərazidən keçid məhdudlaşdırılıb.

Buna səbəb 19 May Atatürkü Anma, Gənclik və İdman Günü tədbirləri çərçivəsində keçirilən yaxta yarışlarıdır.

Bildirilib ki, İDO Kuboku Boğaziçi Yaxta Yarışları "TAYK Trophy" yerli vaxtla saat 18.00-a qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə