Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar. DİN-dən SİA-ya verilən məlumata görə, Liman şəhəri ərazisində yerləşən evlərin birindən 8 min ABŞ dolları və 930 min rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində, Rövşən Nuruşov isə Saatlıda saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə