Rusiyanın işğal cəhdi ilə başlayan Rusiya-Ukrayna müharibəsi tam sürətlə davam edərkən, tərəflər təxminən min km-lik təmas xəttində bir-birini hədəfə almağa davam edir. Bununla belə, xüsusilə son həftələrdə Ukrayna Ordusunun Xarkovu ələ keçirməsilə ortaya qoyduğu durum Rusiya tərəfindən balanslaşdırılmış görünür. Xüsusilə Ukrayna müharibəsinə rəhbərlik edən “Birləşmiş Hərbi Qüvvələr Komandanlığı”na Rusiya komandanı Sergey Surovikinin təyin edilməsindən sonra Rusiyanın Suriyadakı bəzi məhvetmə taktikalarından Ukrayna müharibəsi üçün istifadə etməsi təsirli olub.
Ukrayna meydanında müharibə artıq doqquzuncu ayına daxil olarkən, Rusiya üçün yaxşı getdiyini söyləmək olmaz. İldırım əməliyyatı ilə Kiyevi ələ keçirmək məqsədindən klassik işğal cəhdi sonda ələ keçirilən torpaqların müdafiəsinə doğru gerilədi. Xüsusilə Xarkovda baş verən böyük fəlakət gücün Ukrayna Ordusunun əlinə keçməsini təmin etdi və rusların əhval-ruhiyyəsinə mənfi təsir etdi. Qısa müddətdə Xersonun da itiriləcəyindən danışıldı. Lakin Putin sonda mühüm addım ataraq, meydanda müharibəyə rəhbərlik edən komandiri və tətbiq olunan strategiyanı dəyişdi.
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən qoşunların daxil olduğu “Birləşmiş Hərbi Qüvvələrin Komandanlığı”nda dəyişiklik etdi. Rusiya Hərbi Hava Qüvvələrinin komandanı Sergey Surovikin Ukraynada döyüşən qoşunların yeni komandanı təyin edildi.
Surovikin 1990-cı illərdə Tacikistan və Çeçenistandakı münaqişələrdə iştirak etsə də, əsl şöhrətini Suriyada qazanıb.
Rusiya 2015-ci ilin sentyabrında birbaşa vətəndaş müharibəsinə daxil oldu və Suriya prezidenti Bəşər Əsədi devirməkdən xilas etdi. Rusiya Suriyada DEAŞ terror təşkilatı ilə mübarizə aparmaq üçün müharibədə iştirak etdiyini bəyan etsə də, ümumilikdə müxalifəti hədəfə aldı. Sergey Surovikin Suriyada Rusiya hava komandiri təyin edildi və "scorched earth" adlanan ağır bombardmandan ibarət məhv etmək strategiyasını tətbiq etdi, burada əsas məqsəd bütün infrastrukturu dağıdaraq düşməni təslim olmağa məcbur etmək və ya əlaqəli bölgələri insanlardan təmizləyərək hərbi uğur əldə etməkdir. Suriyada minlərlə dinc sakin bu hava bombardmanlarında həyatını itirdi.
Surovikin Suriyadakı missiyasından sonra 2017-ci ilin noyabrında Rusiya Hava-Kosmik Korpusunun rəhbəri oldu. İndi o, Ukrayna müharibəsinin əsas komandiri kimi təyin olunub. Bu qərarı çeçen lideri Ramazan Kadırov və mərkəzi qərargahı Rusiyada yerləşən muzdlu şirkət “Vaqner qrupunun” yaradıcısı Yevgeni Priqojin də alqışlayıb. Surovikinin təyinatından sonra Rusiyanın müharibə strategiyası dəyişməyə başladı, idarəolunan raketlər və kamikadze pilotsuz təyyarələr ilk növbədə Ukrayna infrastrukturunu hədəf almaq üçün fəal şəkildə istifadə edildi, Ukraynanın elektrik infrastrukturunun ən azı 30 faizi hücumlar nəticəsində məhv edildi, Zelenskinin açıqlamalarına görə, bu strategiya həm də Ukrayna ordusunun cəbhə xəttindəki sürətini pozdu, bir tərəfdən ehtiyatda olan hərbçilərin cəbhəyə köçürülməsi Rusiyanın insan resursları baxımından əlini gücləndirdi, eyni zamanda cəbhənin arxasındakı infrastrukturu hədəfə almaları Ukrayna əsgərlərini də ruhdan salmağa başladı.
Nəticədə, Surovikinin təyin olunması və həyata keçirilən yeni strategiya ilə Rusiya köhnə nizamsız görkəmindən qurtulmağa başladı və Rusiya ordusu hələ də müdafiə mövqeyində olsa da, ən azı Xerson başda olmaqla min km-lik xəttə müqavimət göstərməyə başladı. Ancaq yenə də ümumilikdə Rusiyanın qarşısındakı maneələr davam edir. Xüsusilə Qərb ölkələrinin təqdim etdiyi silah sistemləri qarşısında Rusiyanın öz texnikalarını eyni sürətlə əvəz etmək imkanları daha zəif görünür. Yenə qış aylarının gəlişi ilə hər iki tərəf üçün daha çətin dövr başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



