Bayden tezliklə İranı "azad edəcəyini" deyir

Bayden tezliklə İranı "azad edəcəyini" deyir

ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada çıxışı zamanı İranda Mahsa Əminənin həbsdə həyatını itirdikdən sonra başlayan və təxminən 50 gün davam edən etiraz aksiyalarına toxunub.

“Narahat olmayın, İranı azad edəcəyik. Onlar özləri tezliklə özlərini azad edəcəklər”, - Bayden bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bayden bu açıqlaması ilə bağlı digər detallara toxunmadan mövzunu dəyişib.

Xatırladaq ki, cari il sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Hazırda etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə