ABŞ müdafiə xərclərini 37 milyard dollar artıracaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının profil komitəsi özünün 2023-cü il üçün müdafiə büdcəsi layihəsinə düzəliş edib. Komitənin çərşənbə günü dərc olunmuş qərarından irəli gələn bu düzəlişlər büdcənin həcmini 37 milyard dollar, o cümlədən Ukraynaya hərbi yardımın 1 milyard dollara qədər artırılmasını nəzərdə tutur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bazar ertəsi komitənin təqdim etdiyi büdcənin ilk layihəsində 2023-cü maliyyə ilində Ukraynaya hərbi yardıma ayrılan xərclər 450 milyon dollar həcmində qiymətləndirilir.

Bundan əlavə, sənəd Pentaqonun rəhbərinə “Ukrayna hökumətinə kəşfiyyat və təhlükəsizlik sahəsində dəstək vermək” səlahiyyətinin verilməsini də təklif edir.

Qeyd edək ki, Nümayəndələr Palatasının büdcə layihəsinə düzəlişləri komitə üzvlərinin səs çoxluğu ilə təsdiqlənib. Belə ki, konqresmenləri 42 nəfəri layihənin lehinə, 17-si isə əleyhinə səs verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə