Ərdoğan Kiriakos Mitsotakisə sərt reaksiya göstərdi

Prezident Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasından sonra açıqla verib.

"Biz sözünün üstündə dayanan şərəfli siyasətçilərlə yola çıxarıq" deyən prezident Ərdoğan "Artıq mənim üçün Mitsotakis deyə biri yoxdur" deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasından sonra açıqlamasında deyib.
Çıxışında Yunanıstanla əlaqələrə toxunan Ərdoğan “Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin Avropaya gedən yolu hazırda Yunanıstan deyilmi? Hazırda Yunanıstanda təxminən 10 (Amerika) bazası var. Bu bazalar niyə Yunanıstanda yaradılır? Hazırda Avropa ölkələrinə 400 milyard avro borcu olan Yunanıstan var. Onlarla (martda İstanbulda) görüşdük. Görüşdə razılaşdıq ki, aramıza üçüncü ölkələri gətirməyək” deyib.

Yunanıstan baş nazirinin keçən həftə ABŞ-a səfərini xatırladan Ərdoğan deyib ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşümüz zamanı ölkələrimiz arasında münasibətlərə üçüncü tərəfləri müdaxilə etməyə icazə verməyək deyə razılığa gəldik. Buna baxmayaraq keçən həftə o ABŞ senatında Türkiyəyə qarşı danışaraq, “F-16”-ları Türkiyəyə satmamağa çağırış etdi. Yəqin ki, ABŞ “F-16”-lar məsələsində Mitsotakisin sözlərinə əsasən qərar verməyəcək. Biz bu il strateji şuranın iclasını həyata keçirməliydik. Amma mənim üçün artıq Mitsotakis deyə kimsə yoxdur. Özü ilə də belə bir görüşün keçirilməsini əsla qəbul etmirəm. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq.

Bütün xəbərlər Facebook səhifəmizdə