Rusiya səfirliyinə getdiyi üçün partiyadan qovuldu

Rusiya səfirliyinə getdiyi üçün partiyadan qovuldu

Rumıniyada Sosial Demokrat Partiyasının (PSD) üzvü Dumitru Koarne bir qrup deputatla Rusiyanın Buxarestdəki səfirliyinə getdiyi üçün partiyadan xaric edilib.

SİA bu barədə “TASS” agentliyinə istinad edir.

Verilən məlumata görə, Koarn bundan sonra daha müstəqil deputat kimi çalışacaq.

Qeyd olunur ki, Koarne və üç müstəqil deputat martın 30-da Rusiyanın Buxarestdəki səfiri ilə görüşüb və ona “Rumıniyanın neytrallıq mövqeyini” təqdim edərək, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bu ölkədə aparılmasını təklif ediblər. Daha sonra Sosial Demokratların lideri Marsel Çolaku parlamentarinin partiyadan çıxarılmasını tələb edib.

Colakunun sözlərinə görə, “Koarne qırmızı xəttin arxasında dayanıb. Ona görə ki, hazırda Rusiya səfirliyinə getmək üçün heç bir arqument ola bilməz”…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə