Antonio Quterreş Әfqanıstanla bağlı çağırış edib...

...vəziyyətin pislәşdiyini və 9 milyon insanın qıtlıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Antonio Quterreş Әfqanıstanla bağlı çağırış edib...

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Əfqanıstanda humanitar vəziyyətin pislәşdiyini və 9 milyon insanın qıtlıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, BMT qıtlıq riski ilә üzlәşәn Əfqanıstana 4,4 milyard dollar vәsaitin ayrılması ilә әlaqәdar çağırış edib.

BMT, Böyük Britaniya, Almaniya və Qətər Əfqanıstanla bağlı humanitar yardım konfransı keçirib.

BMT-nin Baş katibi Antonio Quterreş burada etdiyi çıxışında Əfqanıstanda ciddi әrzaq çatışmazlığından əziyyət çəkən 1 milyon uşağın ölümlә üz-üzә olduğuna diqqət çəkərək, təcili tədbirlər görülməsə ölkənin aclıq vә qıtlıq təhlükəsi ilə üzləşəcəyini bildirib.

Antonio Quterreş deyib: "İnsanlar övladlarını әrzaqla tәmin etmәk üçün öz övladlarını, orqanlarını satırlar. Əfqanıstan iqtisadiyyatı faktiki olaraq çöküb, ölkədə çox az nağd pul var. Əhalinin 80 faizindən çoxunun borcu var''.

2021-ci ilin iyun ayından bu yana ölkədə humanitar ehtiyacların üç dəfə artdığını bildirən Antonio Quterreş beynəlxalq ictimaiyyətә Əfqanıstana 4,4 milyard dollar vәsait ayırmaları ilә bağlı çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə