Pentaqon üçün “artan problemi təmsil edən rəqib” Çindir

Rusiyanın mövcud dünya nizamına ciddi təhlükə yaratmasına baxmayaraq belə...
Pentaqon üçün “artan problemi təmsil edən rəqib” Çindir

"...Bu gün Rusiya mövcud dünya nizamına ciddi təhlükə yaratsa da, amma ABŞ-ın Müdafiə Nazirliyi hələ də Çini əsas problem olaraq görməkdədir”.

Qeyd edək ki, SİA rus saytlarına istinadən bildirir ki, bu sözləri bazar ertəsi jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ-ın müdafiə nazirinin müavini Ketlin Hiks deyib.

Amerikalı hərbçinin fikrincə, “...doğrudur, bu gün Rusiya “dünya nizamı üçün ciddi təhlükə” yaradır. Bunu Rusiya Federasiyasının Ukraynadakı “təxribatsız” hərbi hərəkətləri də sübut edir.

Amma unudulmamalıdır ki, bu gün Pentaqon üçün “ən əhəmiyyətli artan problemi təmsil edən rəqib” Çindir.

“...Bu gün Çinin beynəlxalq sistemə və onun daxilindəki maraqlarımıza meydan oxumaq üçün hərbi, iqtisadi və texnoloji potensialı mövcuddur”.

Bunu Hiks etiraf edib.

Onun sözlərinə görə, yanaşma bazar ertəsi açıqlanan gələn maliyyə ili üçün ABŞ büdcəsi layihəsində, eləcə də ABŞ-ın qarşıdan gələn Milli Müdafiə Strategiyasının yeniləməsində də öz əksini tapıb.

Hiks, amerikalı qanunvericilərin artıq strategiyanın məxfi variantı ilə tanış olduqlarını da gizlətməyib.

Qeyd edək ki, böyük ehtimalla burada söhbət Çinin 2023 il üçün təqdim edəcəyi büdcəsindən gedə bilər. Çünki müdafiə katibinin maliyyə məsələləri üzrə müavini Maykl Makkord brifinqdə strategiyanın prioritetlərindən biri kimi “Çinin saxlanma tədbirlərini gücləndirmək və gücləndirmək” olduğunu bildirib.

Doğrudur, “Rusiya ciddi təhlükə olaraq qalır, lakin Çin və onun ambisiyaları bir nömrəli çağırışdır”,

Bunu da Maykl Makkord etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə