Prezident seçkilərini beynəlxalq müşahidəçilər izləyəcək

Prezident seçkilərini beynəlxalq müşahidəçilər izləyəcək

Türkmənistanda növbədənkənar prezident seçkilərini beynəlxalq müşahidəçilər izləyəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, səsverməni Türk Dövlətləri Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İslam Əməkdaşlıq Təşkilatının, Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri və xarici ölkələrin nümayəndə heyətləri izləyəcəklər.

Monitorinqi Türkmənistanda fəaliyyət göstərən bir sıra diplomatik nümayəndəliklərin əməkdaşları da həyata keçirəcək.

Ümumilikdə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 50-dən çox beynəlxalq müşahidəçinin səsverməni izləyəcəyi gözlənilir.

MSK, həmçinin martın 12-də keçiriləcək seçkilərdə 18 yaşı tamam olmuş və seçkilərdə iştirak etmək imkanı olan 98 min 940 gəncin ilk dəfə səs verəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə