Yəməndə beynəlxalq hava limanının fəaliyyəti bərpa edilib

Yəməndə beynəlxalq hava limanının fəaliyyəti bərpa edilib

Yəməndəki Səna Beynəlxalq Hava Limanı bütün istiqamətlərdə uçuşları bərpa edib.

SİA xəbər verir ki, bu barədə Yəmənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Beynəlxalq Hava Limanında bir həftədir ki, uçuşlar həyata keçirilmir.

Hava Limanı rabitə və naviqasiya cihazlarında yaranmış müvəqqəti nasazlığın aradan qaldırılmasından sonra yenidən fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə