Tanınmış polşalı siyasətçi Vladislav Frasinyuk Belarusla sərhədi qoruyan əsgərləri təhqir etdiyinə görə məhkəmə qarşısına çıxarılacaq.
SİA xəbər verir ki, bu barədə Polşanın Baş prokurorluğu məlumat yayıb.
Varşava rayon prokurorluğu Vladislav Frasinyuka qarşı ittiham aktını Vrotslav-Sredmiestiye rayon məhkəməsinə göndərib.
Frasinyuk sərhəddə xidmət edən əsgərlərə qarşı təhqir və alçaldıcı ifadələr işlətməkdə ittiham olunur. Ədliyyə nazirinin müavini Marçin Romanovski və Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak siyasətçi ilə bağlı prokurorluğa müraciət göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB