Pulkovo Rəsədxanası: Potensial təhlükəli asteroid Yerlə toqquşa bilər - ŞƏRH

Pulkovo Rəsədxanası: Potensial təhlükəli asteroid Yerlə toqquşa bilər - ŞƏRH

Astronom Maslennikov təhlükəli asteroidin Yerə yaxınlaşması ilə bağlı məlumatları şərh edib

Rusiya Elmlər Akademiyasının Pulkovo Astronomiya Rəsədxanasının əməkdaşı Kirill Maslennikov cümə günü, noyabrın 12-də potensial təhlükəli asteroidin Yerə yaxınlaşmasını şərh edib.

“Obyekt Yerin orbitinə 0,05 AB-dən az məsafədə (təxminən 7,5 milyon kilometr) yaxınlaşarsa, potensial təhlükəli sayılır. Onun diametri 100-150 metrdən çoxdur. Asteroid hazırda 18 milyon kilometr məsafədədir”,- Maslennikov “İzvestiya”ya bildirib.

O qeyd edib ki, bu asteroid də astronomlar tərəfindən potensial təhlükəli hesab olunur. Mütəxəssisin fikrincə, fakt ondan ibarətdir ki, bu asteroidin bir neçə dövrəsindən sonra qravitasiya pozğunluqları dəyişə və obyekti Yerə yaxınlaşdıra bilər.

"Onda “Yerin üzərinə düşmə" ehtimalı var. Günəş sistemində milyonlarla asteroid var və onlardan 30 minə yaxını bəzən Yer kürəsinə müəyyən qədər yaxınlıqda olur. Ona görə də təəccüblü deyil ki, vaxtaşırı belə obyektlər aşkar edilərək onlar haqqında məlumat verilir”, - deyə Maslennikov yekunlaşdırıb.

Xatırladaq ki, Keldış Tətbiqi Riyaziyyat İnstitutu Yerə doğru uçan potensial təhlükəli asteroid aşkar edib. Kosmik obyekt müvəqqəti olaraq 2021 UL17 adı ilə təyin edilib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə