Hərbi ekspert: ABŞ Rusiyaya hücum etmək üçün ekologiyadan silah kimi istifadə edir
Hərbi ekspert İqor Korotçenko bildirib ki, ABŞ iqlim dəyişikliyi ilə mübarizə bəhanəsi ilə Rusiyaya qarşı məkrli plan hazırlayıb.
SİA xəbər verir ki, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “60 dəqiqə” siyasi tok-şousunun efirində məlumat verib. “Ətraf mühitin ekoloji vəziyyətinin qayğısına qalmaq, sadəcə, Pentaqonda örtük kimi istifadə olunan “əncir yarpağı”dır. Əslində, Vaşinqton Rusiyaya qarşı növbəti hücuma hazırlaşır” – ekspert bildirib.
Hərbi ekspertin belə sözləri əsassız deyil. Artıq ətraf mühitin qorunmasından danışan Ağ Ev Pekinə və Moskvaya qarşı yönəlmiş maraqlarını həyata keçirməyə çalışır. Korotçenko hesab edir ki, çox güman ki, iqlim proqramı nə vaxtsa NATO-nun hərbi doktrinasında dəyişiklik tələb edəcək, onun köməyi ilə dövlətlər “nizam-intizamı pozanlara” təsir göstərə biləcəklər.
Belə ki, Pentaqon artıq Rusiya qarşısında enerji resurslarının satışını məhdudlaşdırmaq və Arktika zonasının inkişafını dayandırmaq tələblərini irəli sürüb. Bundan əlavə, ekspert deyir ki, ABŞ “planetin çiçəklənməsi naminə” Moskvaya qarşı təcavüzünə haqq qazandırmağa çalışır: “Amerikalıların birdən-birə iqlimdən narahat olan sadəlövh axmaqlar olduğunu düşünmək axmaqlıqdır. Bu iqlim siyasətinin pərdəsi altında sırf praqmatik hesablama gizlənir- Rusiyanın karbohidrogen ixracına zərbə vurmaq, Arktika sərvətlərinin inkişafının qarşısını almaq və s. İstifadə olunan ekrana və əsas hədəfə görə bunu genişmiqyaslı iqlim hücumu adlandırmaq olar”.
Hərbi ekspertin sözlərinə görə, Vaşinqton administrasiyasının sözləri onun hərəkətlərinə uyğun gəlmir. Ekologiyanı müdafiə edən Birləşmiş Ştatlar nüvə bombalamasının mümkünlüyü ilə bağlı tezisdən əl çəkməyə tələsmir, ondan əleyhdarları üçün ən güclü arqument kimi istifadə edir.
Tərcümə - Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB