Peyvənd olunanların ölkəyə girişinə icazə veriləcək

Tam peyvənd edilmiş əcnəbilərin noyabrın əvvəlində ABŞ-a girişinə icazə veriləcək. SİA xəbər verir ki, bu barədə “Reuters” Agentliyinin məlumatlnda deyilir.

"Amerika Birləşmiş Ştatları 30-dan çox ölkədən tam peyvənd olunmuşlar üçün hava və quru sərhədlərini keçmə məhdudiyyətlərini aradan qaldıracaq və qərar 8 Noyabrdan etibarən qüvvəyə minəcək", deyə “Reuters” Agentliyin məlumatında bildirilir.

Qeyd olunur ki, Vaşinqtonun bu qərarının hansı ölkələrin vətəndaşlarına şamil ediləcəyi hələlik məlum deyil. Ayrıca, hansı dərmanlarla peyvənd edilməsi haqqında hələ də heç bir məlumat yoxdur.

Bununla yanaşı, “Washington Post” əvvəllər yazmışdı ki, Rusiyaтın Sputnik V peyvəndi ilə peyvənd edilən vətəndaşların hələ də Amerika tibbi tənzimləyiciləri və ya ÜST tərəfindən təsdiq edilmədiyi üçün ABŞ-a girişi qadağan ediləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...