“Tətbiq olunan məhdudiyyətlərə yenidən baxılmalıdır” Qerhard Şroeder

Almaniyanın keçmiş kansleri Qerhard Şroeder, qlobal iqtisadiyyatı canlandırmaq lazım gəldikdə, koronavirus pandemiyası kontekstində sanksiyaların tətbiq edilməsini və saxlamağı səhv hesab etdiyini söyləyıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, TASS agentliyi onun sözlərini sitat gətirir.

O qeyd edib ki, tətbiq olunan məhdudiyyətlərə yenidən baxılmalıdır.
"Dünya bazarında belə bir vəziyyətdə, iqtisadi canlanmanı təşviq etmək lazım gəldikdə, bir-birinə sanksiya tətbiq etmək həqiqətən tamamilə səhv bir yoldur", deyə Qerhard Şroeder bildirib.
Almaniyanın keçmiş kanslerinin fikrincə, pandemiyada Rusiya iqtisadiyyatını stimullaşdırmaq lazımdır. Onun sözlərinə görə, Rusiya hökuməti tədbir görərək "düzgün yolda çox işə başlayıb".
Xatırladaq ki, ötən ilin sonunda Çin səlahiyyətliləri Ümumdünya Səhiyyə Təşkilatına naməlum mənşəli sətəlcəm xəstəliyi haqqında məlumat verib. Bu günə qədər dünyada 5.8 milyondan çox xəstəlik halları aşkar edilib, 360 mindən çox ölüm faktı qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə