Donald Tramp ikinci dəfə COVİD-19 testindən keçib

ABŞ prezidenti Donald Tramp bir daha yeni növ koronavirus (COVİD-19) testindən keçib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu D.Trampın həkimi Şon Konli bildirib.

Onun sözlərinə görə, testin nəticəsinə əsasən D.Trampda koronavirus aşkarlanmayıb.

Həkim qeyd edib ki, analiz üçün yeni ekspress-testdən istifadə edilib və testin nəticəsini 15 dəqiqə ərzində öyrənmək mümkün olub: "O sağlamdır, simptomlar yoxdur".

Qeyd edək ki, D.Tramp ilk koronavirus testindən martın 14-ü keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə