İsrail Türkiyəyə təzminat ödəyəcək

İsrail Türkiyəyə təzminat ödəyəcək

İnsan Haqları və Azadlıqları Humanitar Yardım Dərnəyinin təşəbbüsü ilə İsrail hökuməti 250 min lirə mənəvi, 1000 lirə isə maddi təzminata məhkum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İHA Humanitar Yardım Dərnəyinin vəkili Ərsin Umman 2010-cu ildə yardım məqsədilə Qəzzaya gedən Mavi Mərmərə gəmisinin İsrail hərbi qüvvələri tərəfindən vurulduğunu xatırladıb və məhz buna görə İsrail hökumətinin məhkəməyə cəlb edildiyini qeyd edib.

Beynəlxalq Cəza Məhkəməsi Prokurorluğu İsrailin bu hərəkətini müharibə şəraiti yaratmaq kimi qəbul edib və İsrailin bu məsələdə günahkar olduğunu təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə