Suriyanın BMT-dəki xüsusi nümayəndəsi Lakdar Brahimi, Ərəb Birliyi icraçı katibi Nebil Ərəbi və Rusiyanın xarici işlər naziri Serqey Lavrov Misirin paytaxtı Qahirədə iclas keçiriblər. İclasın mövzusu isə Suriyaya silah satışı ilə əlaqədar olub.
Daha sonra jurnalistlərə açıqlama verən Serqey Lavrov bildirib ki, Rusiyanın Suriya ilə hərbi sahədə əldə etdiyi razılıq SSRİ dövrünə aiddir və beynəlxalq qanunlara uyğundur: "Suriyada baş verən döyüşlərdə hər hansısa bir tərəfin mövqeyini dəstəkləmirik. Rusiya və Suriya arasında əldə olunmuş əməkdaşlıq Bəşər Əsədin deyil, Suriyanın xarici qüvvələrə qarşı müdafiə olunmasını nəzərdə tutur".
Nazir müxaliflərə silah verən dövlətləri də tənqid edərək, bu silahların Əl Qaidənin əlinə keçəcəyi barəsində də xəbərdarlıq edib.
Rusiya cari ildə əksəriyyəti hava müdafiə etmə sistemi olmaqla 1 milyard dollarlıq silah satışı edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB