Türkiyənin cənub-şərqi Anadolu bölgəsində ordu ilə PKK-a terrorçuları arasında yeni insident baş verib. Hakkari vilayətinin Şəmdili rayonun Bağlar və Zorkeçid kəndləri arasında hərbi maşın minaya düşüb. Türkiyə silahlı qüvvələrinin verdiyi açıqlamaya görə, hadisəyə səbəb PKK-nın yola quraşdırdığı minanın partlamasıdır. Qeyd edək ki, PKK hadisənin onlar tərəfindən törədilməsi ilə bağlı hələlik heç bir açıqlama verməyib. Ərazidə yaşayan yerli sakinlərin verdiyi məlumata görə, baş verən partlayışın ardından hadisə bölgəsində atışma olub. Qeyri-rəsmi məlumata görə, hərbi insident bölgənin təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında olub. Hakkari Valiliğini yaydığı məlumata görə, Şəmdilli rayonu ərazisində baş verən atışmada 4 əsgər şəhid olub, 6 əsgər isə yaralanıb. Rəsmi məlumatlara görə, bölgədə hərbi əməliyyatlar hələdə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB